Mbappe "Real"a azad agent kimi keçəcək
Transfer

Mbappe "Real"a azad agent kimi keçəcək

  • 2021-10-27

"PSJ"nin hücumçusu Kilian Mbappe "Real"a keçmək haqqında qərar verib.

Bu barədə məlumatı italyan jurnalist Canluki Di Marzio yayıb. Onun sözlərinə görə, fransalı futbolçunun Madrid klubu ilə müqaviləsi artıq hazırdır. Tərəflər arasında gələn ilin fevralından tez olmayaraq sözləşmə imzalanacaq.

Mbappenin "PSJ" ilə müqaviləsi mövsümün sonuna qədərdir. Ona görə də gənc hücumçu "Real"a azad agent kimi keçəcək.