Marselo "Real"dan gedir
Transfer

Marselo "Real"dan gedir

  • 2021-10-26

"Real"ın futbolçusu Marselo bu yay klubdan ayrılacaq. 

İspaniya mətbuatına istinadən, 33 yaşlı müdafiəçi Madrid təmsilçisi ilə müqaviləsini yeniləməyəcək. Bildirilib ki, "Real" da artıq onun xidmətində maraqlı deyil. Marselo yetirməsi olduğu "Fluminense"yə qayıtmağı planlaşdırır. 

Qeyd edək ki, Marselo bu mövsüm "Real"ın heyətində 2 oyun keçirib.