"Mançester Yunayted" qərarını verdi
- 2021-10-26
"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşerlə bağlı yekun qərarını verib.
"Sky Sports"a istinadən, İngiltərə Premyer Liqasının 9-cu turunda "Liverpul"a məğlubiyyətə (0:5) baxmayaraq, norveçli mütəxəssis vəzifəsində qalacaq.
Bildirilib ki, pis nəticələrə və mətbuatda Sulşerin istefası ilə bağlı çoxlu şayiələrə baxmayaraq, "qırmızı şeytanlar"ın rəhbərliyi onu istefaya göndərmək variantını hələ nəzərdən keçirmir. Bundan başqa "Mançester Yunayted"in Antonio Konte ilə təmasları barədə məlumatı saxta adlandırılıb.