Klopp "Barselona" qərarını verdi
- 2021-10-26
"Barselona" istefaya göndərməyi planlaşdırdığı baş məşqçisi Ronald Kumanı "Liverpul"un çalışdırıcısı Yurgen Kloppla əvəzləmək istəyir.
"Sport.es"ə istinadən, Kataloniya klubunun prezidenti Joan Laporta alman mütəxəssisi komandasında görmək istəyir. Ancaq Kloppun bu təklifə müsbət baxmadığı bildirilir. Qeyd olunub ki, "Liverpul"la müqaviləsi 2024-cü ilin yayı başa çatacaq 54 yaşlı çalışdırıcı İngiltərə təmsilçisində daha uzun müddət işləyəcəyini hesab edir. Ancaq mütəxəssis "Barselona"nın ona daha səbirlə davranacağını düşünmür. Buna görə də o, İspaniyada işləməyi istəmir.
Bildirilib ki, Kloppun bu düşüncəsi Kataloniya təmsilçisin fərqli axtarışlara vadar edib. Klubda baş məşqçi vəzifəsinə əsas namizədlərdən birinin "Əl-Sədd"in (Qətər) çalışdırıcısı Xavinin olduğu vurğulanıb. Ancaq Xavini təcrübəsiz hesab edən Laportanın yekun olaraq hansı qərar verəcəyi bilinmir.