"Legiya"nın baş məşqçisi istefaya göndərildi
Transfer

"Legiya"nın baş məşqçisi istefaya göndərildi

  • 2021-10-26

Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" baş məşqçi Çeslav Mixneviçlə yollarını ayırıb.

Varşava təmsilçisinin saytına istinadən, 51 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib. Onu bu vəzifədə "Legiya-2"nin baş məşqçisi Marel Qolebievskinin əvəzləyəcəyi bildirilib.

"Legiya" Polşa çempionatında ardıcıl 4 matçda uduzub. Komanda son olaraq dünən səfərdə "Pyats"a 1:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, "Legiya" 9 xalla 15-ci pillədə qərarlaşıb. Paytaxt təmsilçisinin ehtiyatda daha iki oyunu var. 

Xatırladaq ki, Ç.Mixneviç 2020-ci ilin sentyabrından Polşa klubunu çalışdırırdı.