“Qranada” klubunun yeni baş məşqçisi
Transfer

“Qranada” klubunun yeni baş məşqçisi

  • 2021-06-18

İspaniyanın “Qranada” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Klubun rəsmi saytına əsasən, komandanı Roberto Moreno çalışdıracaq. O, bir müddət əvvəl bu vəzifəni tərk edən Dieqo Martinesi əvəzləyib. 43 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, son iş yeri “Monako” olan Moreno 2019-cu ildə İspaniya millisini çalışdırıb.