"Mançester Siti" Sterlinqə qiymət qoydu
Transfer

"Mançester Siti" Sterlinqə qiymət qoydu

  • 2021-10-19

"Mançester Siti"nin futbolçusu Rahim Sterlinq yaxın vaxtlarda klubunu dəyişə bilər.

"Marca"ya istinadən, İngiltərə klubunun rəhbərliyi 26 yaşlı oyunçuya qiymət qoyub. Mançester təmsilçisi ingilis yarımmüdafiəçini 80 milyon avro satmaq istəyir.

Bildirilib ki, "Barselona" Sterlinqi almaq fikrindədir, lakin futbolçunun yüksək qiyməti buna mane olur.

Qeyd edək ki, Rahimin "Mançester Siti" ilə hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.