Runi "Nyukasl"da?
Transfer

Runi "Nyukasl"da?

  • 2021-10-19

"Derbi Kounti"nin baş məşqçisi Ueyn Runi klubunu dəyişə bilər.

"Chronicle Live" nəşrinə istinadən, ingilis mütəxəssisin yeni sahibləri olan "Nyukasl"ı çalışdırmaq arzusu var.

Runi şəxsən klub rəhbərliyinə müraciət edərək Premyer Liqasında təmsilçisində işləməyə hazır olduğunu bildirib. Bundan əlavə, o, Çempionşip təmsilçisinin rəhbərliyinə klubdan ayrılmaq istədiyini söyləyib.

Qeyd olunur ki, "Nyukasl" Ueynə qısa müddətli müqavilə təklif etməyə hazırdır, lakin mütəxəssisin daha uzun müddət komandaya rəhbərlik etmək istəyir.

Xatırladaq ki, "Derbi Kounti" 12 turdan sonra 3 xalla Çempionşipdə sonuncudur. Maliyyə problemləri səbəbindən komandanın 12 xalı silinib.