Ərəblər Mourinyonu istəyir
Transfer

Ərəblər Mourinyonu istəyir

  • 2021-10-16

"Nyukasl"  Səudiyyə Ərəbistanının investisiya fondunun klubun səhmlərini almasından sonra baş məşqçi axtarışlarını davam etdirir.

Britaniya mətbuatına istinadən, "Roma"nın baş məşqçisi Joze Mourinyo klubun baş məşqçisi vəzifəsinə namizədlərdən biridir. Ancaq portuqaliyalı mütəxəssisin fikrini "Roma"dakı işinə yönəltdiyi bildirilir.

Mourinyonun  İtaliya klubunun sahibləri ilə yaxşı münasibətlərinin olduğu vurğulanıb.

"Nyukasl"ın yeni sahibləri Mourinyo kimi bir mütəxəssisin gətirilməsinin  klubun beynəlxalq imicini yaxşılaşdırmağa kömək edəcəyinə inanırlar.