Alveş "Barselona"ya qayıtmaq istəyir
Transfer

Alveş "Barselona"ya qayıtmaq istəyir

  • 2021-10-16

Braziliyalı müdafiəçi Dani Alveş "Barselona"ya xidmətlərini təklif edib .

"Esport3"ə əsasən, 38 yaşlı futbolçu bu həftə Kataloniya klubunun rəhbərliyi ilə əlaqə saxlayıb və yanvarın 1-dən kluba qoşulmağa hazır olduğunu bildirib. Alveşin minimum əmək haqqı ilə oynamağa razılaşdığı qeyd olunur.

"Barselona" lazımi məsləhətləşmələri aparmaq üçün vaxt istəyib. Alveş agentlərinə prioritetinin "Barselona" ilə müqavilə bağlamaq olduğunu söyləyib. Kataloniya klubu son qərarını verənə kimi oyunçu gözləcək.

Xatırladaq ki, Dani sentyabrın əvvəlində borclara görə "San-Paulu"nu tərk edib. O, 2021 -ci ilin sonuna qədər heç bir klubla müqavilə imzalamayacağını açıqlayıb.

Qeyd edək ki, Alveş 2008-2016-cı illərdə "Barselona"da çıxış edib.