"Bavariya" Noyerlə razılığa gəldi
- 2021-10-13
"Bavariya" qapıçısı Manuel Noyerlə müqaviləni yeniləyəcək.
"Sport1"ə istinadən, tərəflər yaxın günlərdə sözləşməni uzadacaq. 35 yaşlı qolkiper karyerasını Münhen klubunda bitirmək istəyini qarşı tərəfə bildirib. Kapitanın "Bavariya" ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Qeyd edək ki, Almaniya millisinin üzvü 2011-ci ildə "Şalke"də "Bavariya"ya keçib.