Serxio Romeronun yeni klubu
Transfer

Serxio Romeronun yeni klubu

  • 2021-10-12

Argentina millisinin və "Mançester Yunayted"in sabiq qapıçısı Serxio Romeronun yeni klubu müəyyənləşib.

34 yaşlı qolkiper "Venesiya" ilə müqavilə imzalayıb. Bu barədə A seriyasının saytı məlumat yayıb. Onunla 2021/2022 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Romeronun "Mançester Yunayted"lə müqaviləsi ötən mövsümün sonu başa çatıb. O, yeni klubuna azad agent kimi keçib.