Haalandı transfer etmək üçün yardım təklif olundu
Transfer

Haalandı transfer etmək üçün yardım təklif olundu

  • 2021-10-12

“Barselona” maddi çətinliklərinə baxmayaraq, “Borussiya” Dortmundun futbolçusu Erling Haalandı almaqda israrlıdır.

Kataloniya klubu 21 yaşlı hücumçunu növbəti yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Məlumatda qeyd olunub ki, bir neçə investisiya fondu “Barselona”ya Haalandla müqavilə imzalamaq üçün maddi kömək etməyə hazırdır. Buna baxmayaraq, norveçli oyunçunun yüksək maaş tələbi kluba ciddi maneələr yarada bilər.

Qeyd edək ki, Haalandla “Real” və PSJ də yaxından maraqlanır.