"Qəbələ"dən yeni transfer - Rəsmi
Transfer

"Qəbələ"dən yeni transfer - Rəsmi

  • 2021-10-08

"Qəbələ" heyətinə yeni futbolçu qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Qırmızı-qaralar" Fernan Lopesi sıralarına cəlb edib. 26 yaşlı ispaniyalı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Fernan 2019/20 mövsümündə də "Qəbələ"nin heyətində çıxış edib. O, komandada keçirdiyi 22 oyunda 3 qol vurub. "Selta" klubunun yetirməsi olan Lopes 2011-14-cü illərdə bu klubun B komandasında oynayıb.