Nuri Şahin baş məşqçi oldu
- 2021-10-05
Türkiyənin "Antalyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Klub prezidenti Aziz Çetin "Haber Global"a açıqlamasında komandanı Nuri Şahinin çalışdıracağını bildirib.
O, Türkiyə millisinin sabiq üzvü ilə 5 illik müqavilə imzalayacaqlarını bildirib. Klub rəhbəri 33 yaşlı yarımmüdafiəçinin futbolçu kimi meydana çıxıb-çıxmayacağının özündən asılı olduğunu deyib.
Qeyd edək ki, 2020-ci ildə futbolçu kimi "Antalyaspor" transfer olunan Nuri Şahinin klubu ilə 2022-ci ilin yayına qədər müqaviləsi var.