Serji Roberto gedir?
- 2021-10-04
"Barselona" futbolçusu Serji Roberto ilə müqavilənin uzadılması ilə bağlı danışıqları dayandırıb.
"Cadena Cope"yə istinadən, buna tərəflərin razılığa gələ bilməməsi səbəb olub. Danışıqların yaxın vaxtlarda bərpa olunmayacağı vurğulanıb.
29 yaşlı müdafiəçinin agenti Josep Maria Orobitq məlumatı təsdiqləyib: "İndi tərəflər müqavilənin uzadılması ilə bağlı işləri dayandırıblar, lakin istənilən vaxt bərpa edilə bilər".
Xatırladaq ki, Roberto ilə "Barselona" arasındakı hazırkı müqavilə 2022-ci ilin yayına qədər hesablanır. O, bu mövsüm La Liqanın 6 oyununda 2 qol vurub, 1 qolun ötürməsini verib.