"Müqaviləni yeniləmək istəmədim"
Transfer

"Müqaviləni yeniləmək istəmədim"

  • 2021-10-04

"PSJ"nin hücumçusu Kilian Mbappe ötən yay başqa kluba keçmək istəyib.

Bu barədə fransalı oyunçu "RMC Sport"a açıqlamasında deyib. 22 yaşlı hücumçu bildirib ki, ötən yay Paris təmsilçisinin rəhbərliyindən onu buraxmasını istəyib:

"Müqaviləni yeniləmək istəmədim. Klubdan transfer üçün pul qazanmasını və keyfiyyətli əvəzedici almasını istəyirdim. Hər şeyin hörmətlə başa çatmasını istəyirdim. Buna görə də kluba ayrılmağımı istəməyəcəkləri təqdirdə, qalmağa hazır olduğumu söylədim. Amma müqaviləmi yeniləmək üçün göndərilən 7 təklifi rədd etdiyim doğru deyil. "PSJ" mənə çox şey verdi. Son dörd ildə burada həmişə xoşbəxt olmuşam. İndi də xoşbəxtəm "

Xatırladaq ki, Mbappenin "PSJ" ilə hazırkı müqaviləsi 2022-ci ilin yayı başa çatır. Onunla "Real Madrid" maraqlanır.