Ranyeri yenidən İngiltərə klubunda
Transfer

Ranyeri yenidən İngiltərə klubunda

  • 2021-10-04

İtaliyalı mütəxəssis Klaudio Ranyerinin yeni klubu müəyyənləşib.

"The Atletic"ə istinadən, 69 yaşlı məşqçi "Uotford"u çalışdıracaq. İngiltərə Premyer Liqasında çıxış edən klubun Ranyeri ilə razılığa gəldiyi bildirilib. Bugünlərdə təyinatın rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, italiyalı mütəxəssis daha əvvəl İngiltərədə "Çelsi", "Fulhem" və "Lester"i çalışdırıb. O, 2016-cı ildə "Lester"lə Premyer Liqanın qalibi olub. Ranyeri son klubu "Sampdoriya"dan yazda ayrılıb.