"Başakşəhər"in yeni baş məşqçisi - Rəsmi
Transfer

"Başakşəhər"in yeni baş məşqçisi - Rəsmi

  • 2021-10-03

Türkiyənin "Başakşəhər" klubunun baş məşqçisi müəyyənləşib.

İstanbul təmsilçisinin rəsmi saytına istinadən, komandanı Emre Belözoğlu çalışdıracaq. Sabah gənc mütəxəssisin təqdimat mərasimi keçiriləcək. O, bu vəzifədə ötən gün istefaya göndərilən Aykut Kocamanı əvəzləyib.

Qeyd edək ki, bu, Emrenin baş məşqçi kimi çalışacağı ikinci klubdur. Türkiyə millisinin sabiq üzvü bundan əvvəl "Fənərbaxça"nın baş məşqçisi olub.