"Uotford" baş məşqçi ilə yolları ayırdı
Transfer

"Uotford" baş məşqçi ilə yolları ayırdı

  • 2021-10-03

"Uotford" baş məşqçisi Hisko ləqəbli Fransisko Xavyer Munyos Llompartla yolları ayırıb.

Klubun saytına istinadən, buna komandanın bu mövsüm uğursuz nəticələri səbəb olub. Komanda hazırda İngiltərə Premyer Liqasında 7 oyunda 7 xalla 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Hisko 2020-ci ildən "Uotford"u çalışdırırdı.