Pelleqrini daha 5 il "Roma"da
- 2021-10-03
"Roma" kapitanı Lorenzo Pelleqrini ilə müqaviləsini yeniləyib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliya təmsilçisi 25 yaşlı yarımmüdafiəçi ilə 5 illik yeni müqavilə imzalayıb.
Qeyd edək ki, Pelleqrini "Roma"nın yetirməsidir.