Serxio Ramos "Real Madrid"dən ayrıldı
Transfer

Serxio Ramos "Real Madrid"dən ayrıldı

  • 2021-06-17

“Real”ın kapitanı Serxio Ramos komandadan ayrılıb.

Bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. 35 yaşlı müdafiəçi üçün sabah mətbuat konfransı keçiriləcəyi bildirilib.

Qeyd edək ki, Serxio Ramos 2005-ci ildən “Real Madrid”də çıxış edirdi. Paytaxt təmsilçisi ilə 5 qat İspaniya çempionu olan futbolçu 4 dəfə ölkə Superkubokunu, eyni sayda Çempionlar Liqasını və klublararası dünya çempionatını qazanıb.