Starricin yeni klubu
Transfer

Starricin yeni klubu

  • 2021-10-01

İngiltərə milli komandasının sabiq futbolçusu Daniel Starricin yeni klubu məlum olub.

32 yaşlı hücumçu karyerasını Avstraliyada davam etdirəcək.

O, "Pert Qlori" klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Starriclə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, "Aston Villa"nın yetirməsi olan Starric daha İngiltərədə "Mançester Siti", "Bolton", "Vest Bromviç", "Çelsi" və "Liverpul" kimi komandalarda çıxış edib. Son olaraq Türkiyə "Trabzonspor"unda oynayan Starric 2020-ci ilin martından klubsuz idi.