Kumanın yerinə o gəlir
Transfer

Kumanın yerinə o gəlir

  • 2021-09-30

"Barselona"nın baş məşqçisi Ronald Kuman istefaya göndərilməyə yaxındır. 

Bu barədə "L`Equipe" nəşri məlumat yayıb. Klub rəhbərliyinin 58 yaşlı mütəxəssislə yolları ayırmaq üçün bu gün iclas keçirəcəyi bildirilib. 

AS-ın xəbərinə görə isə Kumanın gedəcəyi təqdirdə baş məşqçi vəzifəsinə əsas namizəd Andrea Pirlo hesab olunur. Kataloniya klubunun prezidenti Joan Laporta artıq bu məsələ ilə bağlı 43 yaşlı çalışdırıcı ilə bir neçə dəfə görüşüb. 

Qeyd edək ki, "Barselona" son oyununda Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Benfika"ya böyük hesabla uduzub – 0:3.