"Roma"dan ayrıldı, Qətər klubuna keçdi
Transfer

"Roma"dan ayrıldı, Qətər klubuna keçdi

  • 2021-09-28

Fransa yığmasının sabiq yarımmüdafiəçisi Stiven Nzonzi Qətərdə çıxış edəcək.

"Roma"dan ayrılan 32 yaşlı Nzonzi bu ölkənin “Əl-Rayyan” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Qeyd edək ki, Nzonzi 2018-ci ildən “Roma”da çıxış edirdi.  Komandada möhkəmlənə bilməyən fransız futbolçu 2019/20 mövsümündə “Qalatasaray”da, ötən mövsüm isə “Renn”də icarə əsasında oynayıb.