"Real" "İnter"in müdafiəçisini hədəfləyib
Transfer

"Real" "İnter"in müdafiəçisini hədəfləyib

  • 2021-09-28

"Real" müdafiə xəttini güncləndirməyi planlaşdırır.

"Mundo Deportivo"nun yaydığı xəbərə görə, Madrid klubu "İnter"in müdafiəçisi Alessandro Bastonini heyətə cəlb etmək istəyir.

Kral klubunun baş məşqçisi Karlo Ançelottinin futbolçu ilə şəxsən danışıq apardığı bildirilib.

Qeyd edək ki, İtaliya millisinin də üzvü olan 22 yaşlı müdafiəçi 2017-ci ildən Milan təmsilçisində çıxış edir.