“Qalatasaray” Luyindama ilə bağlı qərarı dəyişdi
Transfer

“Qalatasaray” Luyindama ilə bağlı qərarı dəyişdi

  • 2021-09-28

"Qalatasaray" futbolçusu Kristian Luyindama ilə yolları ayıra bilər. 

"Sabah"a istinadən, İstanbul təmsilçisi 27 yaşlı müdafiəçi ilə müqaviləni yeniləməklə bağlı danışıqları dayandırıb. Klubun bu qərara gəlməsində Luyindamanın qeyri-stabil çıxışı əsas rol oynayıb. 

Qeyd edək ki, Luyindamanın "Qalatasaray" ilə hazırkı sözləşməsi bu mövsümün sonuna qədərdir.