Kavani gedir?
Transfer

Kavani gedir?

  • 2021-09-28

"Mançester Yunayted"in hücumçusu Edinson Kavani qış transfer dövründə "Barselona"ya keçə bilər. 

Bu barədə "AS" nəşri məlumat yayıb. Bildirilib ki,  34 yaşlı hücumçu ona vəd olunan oyun müddətində meydana çıxmadığı üçün yaxın vaxtlarda başqa komandaya keçmək istəyir.

Qeyd edək ki, Kavani 2020-ci ildən "qırmızı şeytanlar"da çıxış edir. Uruqvaylı oyunçu zədə səbəbindən bu mövsümün başlanğıcını buraxıb.