"Mançester Siti"nin yeni transfer istəyi
Transfer

"Mançester Siti"nin yeni transfer istəyi

  • 2021-09-27

"Mançester Siti" heyətinə yeni futbolçu qatmaq istəyir. 

"Şəhərlilər" "Leyptsiq"in bu mövsümdəki bombardiri Kristofer Nkunkunu transfer etmək niyyətindədir. Klub 23 yaşlı yarımmüdafiəçinin keçidini növbəti qış transfer pəncərəsində həll etməyi düşünür. 

Qeyd edək ki, Nkunku bu mövsüm 8 matçda 6 qol vurub və 3 qolun ötürməsini verib.