"Çelsi" Kanteni satmaq istəyir
- 2021-09-26
"Çelsi"nin futbolçusu Nqolo Kanteni satmaq istəyir.
Bu barədə Britaniya mətbuatı məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçini bir neçə Avropa nəhəngi heyətinə qatmaq niyyətindədir. Bildirilir ki, London təmsilçisi Kanteni sərfəli təklif gələcəyi halda satacaq.
"Real" və "PSJ" hazırda Kante ilə yaxından maraqlanır.
Qeyd edək ki, Kantenin "zadəganlar"la müqaviləsi 2023-cü ilin yayına qədərdir.