Peresdən Mbappe açıqlaması
Transfer

Peresdən Mbappe açıqlaması

  • 2021-09-26

"Real"ın La Liqanın 7-ci turunda "Vilyarreal"la matçından (0:0) sonra maraqlı an yaşanıb. 

Bu barədə "Directo Gol" məlumat yayıb. Görüşün ardından klub prezidenti Florentino Peres komandanın azarkeşləri ilə söhbət edib. Bu zamanı azarkeşlərdən biri ona deyib: "Prezident, Kilian Mbappeni transfer edin". Peres isə fanata belə cavab verib: "Gələn il". 

Qeyd edək ki, "Real" bir neçə dəfə Mbappe üçün "PSJ"yə transfer təklifi göndərsə də, qarşı tərəf bunu qəbul etməyib.