Məsut Özil klubundan ayrıla bilər
Transfer

Məsut Özil klubundan ayrıla bilər

  • 2021-09-23

"Fənərbaxça"nın yarımmüdafiəçisi Məsut Özil klubundan ayrıla bilər.

Türkiyə mətbuatına istinadən, Almaniya millisinin sabiq üzvünün ABŞ-a köçmək variantı yaranıb.

MLS-də təmsilçiləri "Nyu York Red Bull" və "İnter Mayami" 33 yaşlı futbolçunu heyətinə cəlb etməyə çalışır.

Qeyd edək ki, bu ilin əvvəlində Türkiyə klubuna keçən Özilin "Fənərbaxça" ilə 3 illik müqaviləsi var.