Türkiyəli gənc "Barselona"da - Rəsmi
Transfer

Türkiyəli gənc "Barselona"da - Rəsmi

  • 2021-09-23

"Barselona" Türkiyənin "Kayserispor" klubunun futbolçusu Emre Demiri heyətinə qatıb.

Kataloniya təmsilçisinin rəsmi saytına istinadən, 17 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalanıb.

Gənc oyunçu yeni komandasına bu mövsüm başa çatdıqdan sonra qoşulacaq.

"Barselona" bu keçid üçün qarşı tərəfə 2 milyon avro təzminat ödəyib.