"Barselona"da yeni baş məşqçi namizədi
Transfer

"Barselona"da yeni baş məşqçi namizədi

  • 2021-09-23

"Barselona"da baş məşqçi Ronald Kumanın istefaya göndəriləcəyi təqdirdə komandanı Tyeri Anri çalışdıra bilər. 

Bu barədə "Mundo Deportivo" məlumat yayıb. Hazırda Belçika millisində köməkçi məşqçi kimi çalışan 44 yaşlı mütəxəssis Kataloniya klubunun baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biridir. 

Qeyd edək ki, Anri 2007-2010-cu illərdə "Barselona"da oynayıb.