Levandovskidən ayrılıq iddialarına cavab
Transfer

Levandovskidən ayrılıq iddialarına cavab

  • 2021-09-23

"Bavariya"nın futbolçusu Robert Levandovski Münhen klubundan ayrılacağı barədə yayılan məlumatlara münasibət  bildirib. 

33 yaşlı hücumçu "Kicker”ə açıqlamasında bu məlumatları təkzib edib:

"Uzun illərdir ki, mən başqa bir liqada mübarizə aparan komandaya keçib-keçməyəcəyim ilə bağlı suallar eşidirəm. Amma bu fikir məni narahat etmir. Onsuz da Çempionlar Liqasında bütün bu klublara qarşı oynaya bilirəm. "Bavariya"nın rəqibləri ilə müqayisədə nə qədər üstün olduğunu göstərir. Hazırda bütün diqqətimi klubum üçün cəmləşdirmişəm". 

Qeyd edək ki, Levandovski 2014-cü ildən "Bavariya"da oynayır.