Xames Rodriqesin yeni klubu – Rəsmi
Transfer

Xames Rodriqesin yeni klubu – Rəsmi

  • 2021-09-22

İngiltərənin "Everton" klubunun futbolçusu Xames Rodriqes karyerasını Qətərdə davam etdirəcək.

"Ər Rayan" klubu 30 yaşlı yarımmüdafiəçini icarəyə götürüb. Bu barədə klubun Tvitter səhifəsi məlumat yayıb. Kolumbiyalı oyunçu ilə razılaşmanın detalları açıqlanmayıb.

Qeyd edək ki, "Real", "Bavariya" kimi klublarda çıxış edən Xames 2020-ci ildən "Everton"da oynayırdı.