"Mançester Yunayted" onu satmaq istəyir
Transfer

"Mançester Yunayted" onu satmaq istəyir

  • 2021-09-21

"Mançester Yunayted"in rəhbərliyi və məşqçi heyəti artıq fransalı yarımmüdafiəçi Antoni Marsyalı komandada görmək istəmir.

"Eurosport"a istinadən, "qırmızı şeytanlar"ın rəhbərləri futbolçunun agentinə onun üçün yeni klub axtarmasına icazə veriblər.

Bildirilib ki, oyunçunun özü Premyer Liqada qalmaq istəyir. Klubun onu təxminən 40 milyon funt sterlinqə satmaq istədiyi vurğulanıb.

Qeyd edək ki, Marsyal 2015-ci ildən "Mançester Yunayted"də çıxış edir.