Türkiyə millisinin yeni baş məşqçisi - Rəsmi
- 2021-09-20
Türkiyə millisinin yeni baş məşqçisi Stefan Kuntzla müqavilə imzalanıb.
Bu gün Riva Hasan Doğan Milli Komandalar Təlim Mərkəzində almaniyalı mütəxəssisin təqdimat mərasimi keçirilib.
Kuntz Türkiyə Futbol Federasiyası ilə 3 illik müqaviləyə qol çəkib. Oktyabrın 8-də DÇ-2022-nin seçmə mərhələsində Norveçlə görüş 59 yaşlı məşqçinin yığmada debütü olacaq.
59 yaşlı mütəxəssis təqdimat mərasimində deyib:
"Norveçlə DÇ-2022-nin seçmə oyununa sürətlə hazırlaşacağıq. Bütün diqqəti oyunumuza yönəldəcəyik".
Kunts Türkiyə Futbol Federasiyasının (TFF) İcraiyyə Komitəsinin üzvü və Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntopun onunla əlaqə saxladığını bildirib: "Bunun üçün qurur duydum. Məşhur və uğurlu türkiyəli baş məşqçinin ardından bu posta gəldiyim üçün xoşbəxtəm. İşin böyük hissəsi bundan sonra başlayır".