Qnabriyə yeni müqavilə təklifi
- 2021-09-20
"Bavariya" hücumçusu Serj Qnabri ilə yeni müqavilə imzalamaq niyyətindədir.
Almaniya mətbuatına istinadən, Münhen təmsilçisi 26 yaşlı oyunçusunun agentləri ilə danışıqlar aparır. Klub onunla müqavilənin 2026-cı ilin yayına kimi uzatmaq istəyir.
Qnabrinin hazırkı sözləşməsi 2023-cü ilin iyun ayına qədər qüvvədədir.
Qeyd edək ki, Almaniya millisinin üzvü bu mövsüm Bundesliqada 5 matçda 3 qol vurub.