Sterlinq karyerasını İspaniyada davam etdirə bilər
Transfer

Sterlinq karyerasını İspaniyada davam etdirə bilər

  • 2021-09-18

"Mançester Siti"nin hücumçusu Rahim Sterlinq karyerasını İspaniyada davam etdirə bilər.

Bu barədə sport.es məlumat yayıb. Bildirilib ki, "Barselona" ingilis futbolçunu transfer etmək istəyir.

Kataloniya klubu 26 yaşlı futbolçunu qış transfer pəncərəsi üçün prioritet hədəfə çevirib. Yayda klub Sterlinqi icarəyə götürməyə çalışsa da, futbolçu İngiltərədə qaıb. Bu mövsüm futbolçu bütün turnirlərdə 6 oyuna çıxıb və 1 qol vurub.

Xatırladaq ki, Sterlinq 2015 -ci ildə "Liverpul"dan "Mançester Siti"yə keçib. Futbolçunun klubla müqaviləsi 2023-cü ilin iyununda başa çatacaq.