"İnter Mayami" hələ də Messi ilə maraqlanır
Transfer

"İnter Mayami" hələ də Messi ilə maraqlanır

  • 2021-09-17

"İnter Mayami"nin futbolçusu Qonzalo İquain klubunun "PSJ"nin hücumçusu Lionel Messi ilə hələ də maraqlandığını deyib.

Bu barədə o, ESPN-ə açıqlamasında deyib.

"Leonun keçidi ilə bağlı konkret bir şey söyləmək mənim üçün çətindir. Messi, bildiyimə görə "PSJ" ilə iki və ya üç illik müqavilə imzalayıb. Tezliklə onunla razılığa gələcəyimizi düşünmürəm.  Ancaq klub onunla müqavilə imzalamaq istəyir, görək nə olacaq".