Türkiyə millisini çalışdırması üçün şərait yaradılacaq
Transfer

Türkiyə millisini çalışdırması üçün şərait yaradılacaq

  • 2021-09-17

Almaniya U-21 millisinin baş məşqçisi Ştefan Kunts Türkiyə yığmasını çalışdırmağa yaxındır. 

Almaniya Futbol İttifaqı 59 yaşlı mütəxəssisin Türkiyə millisində işləməsi üçün şərait yaradacaq. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Kunts Türkiyə Futbol İttifaqı ilə razılığa gələrsə, Almaniya Futbol İttifqaı onunla müqaviləyə xitam verəcək. 

Qeyd edək ki, Türkiyə millisinin son çalışdırıcısı Şenol Güneş olub. O, setnyabrın 10-u istefaya göndərilib.