Xorvatiyalı Bayern Münhenə qayıda bilər
Transfer

Xorvatiyalı Bayern Münhenə qayıda bilər

  • 2021-09-16

İtaliyanın “İnter” klubunun futbolçusu İvan Perişiç yenidən Almaniyada çıxış edə bilər.

Xorvatiyalı yarımmüdafiəçi “Bayern Münhen”in transfer siyahısında yer alıb.

Münhen klubu gələn ilin yayında müqaviləsi başa çatan İvanı azad agent kimi heyətinə qatmağı planlaşdırır. 2 il əvvəl münhenlilərdə icarədə olan Perişiç özünü yaxşı tərəfdən göstərə bilib. 

Bu üzdən də Bundesliqanın ən titullu klubu onun qayıdışında maraqlıdır. Futbolçunun özü də Almaniyaya qayıtmağın əleyhinə deyil.