"Bavariya"da yeni müqavilə
Transfer

"Bavariya"da yeni müqavilə

  • 2021-09-16

"Bavariya" futbolçusu Leon Qoretska ilə müqavilənin müddətini uzadıb.

Klubun rəsmi saytına istinadən, 26 yaşlı yarımmüdafiəçi ilə 5 illik yeni müqavilə imzalanıb. Lakin müqavilənin maliyyə detalları açıqlanmayıb.Ancaq Almaniya mətbuatı onun maaşını illik 12-15 milyon avro olacağını yazıb. 

Qeyd edək ki, Qoretska 2018-ci ildən Münhen təmsilçisində oynayır. O, ötən mövsüm bütün turnirlərdə 32 matçda 8 qol vurub və 7 qolun ötürməsini verib.