"İnter" onunla müqaviləni yeniləyir
Transfer

"İnter" onunla müqaviləni yeniləyir

  • 2021-09-16

"İnter" futbolçusu Lautaro Martineslə müqavilənin müddətini uzatmağa yaxındır.

İtaliya mətbuatına istinadən, tərəflər artıq yeni müqavilənin şərtləri barədə razılığa gəliblər. Danışıqların son mərhələdə olduğu vurğulanıb.

Yeni müqaviləyə əsasən, argentinalı forvardın indikindən daha çox maaş alacağı da bildirilir.

Qeyd edək ki, Martines 2018-ci ildən "İnter"də oynayır.