"Kalyari"nin yeni baş məşqçisi - Rəsmi
Transfer

"Kalyari"nin yeni baş məşqçisi - Rəsmi

  • 2021-09-15

"Kalyari"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

Klubun saytına istinadən, komandanı Valter Matsari çalışdıracaq. 60 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. 

Matsarinin son iş yeri "Torino"olub. O, karyerası ərzində "İnter", "Napoli", "Sampdoriya", "Uotford" kimi komandaları da çalışdırıb.

Qeyd edək ki, "Kalyari" hazırda A seriyasının turnir cədvəlində 1 xalla 17-cidir.