"Yunayted" Linqardla müqaviləni yeniləməkdə israrlıdır
Transfer

"Yunayted" Linqardla müqaviləni yeniləməkdə israrlıdır

  • 2021-09-14

"Mançester Yunayted" futbolçusu Jesse Linqardla müqaviləsini yeniləməkdə israrlıdır. 

Bu barədə jurnalist Nikolo Şkira məlumat yayıb. 28 yaşlı yarımmüdafiçi az oyun şansı verildiyinə görə "qırmızı şeytanlar"dan ayrılmaq istəyir. Lakin klub onu buraxmaq niyyətində deyil. Buna görə də "Mançester Yunayted" Linqarda yeni müqavilə təklif etməyə hazırlaşır. 

Daha əvvəl ingiltərəli oyunçu klubun təklifini rədd edib. 

Qeyd edək ki, Linqardın "Mançester Yunayted" ilə hazırkı sözləşməsi gələn ilin yayına qədərdir.