Poqba fikrini dəyişdi
Transfer

Poqba fikrini dəyişdi

  • 2021-09-13

"Mançester Yunayted"in futbolçusu Pol Poqba klubdan ayrılmayacaq.

28 yaşlı yarımmüdafiəçi "qırmızı şeytanlar" ilə müqaviləni uzatmaq qərarına gəlib.

Bir müddət əvvəl oyunçu yeni anlaşmadan imtina etmişdi. Lakin Poqbanın fikrinin dəyişməsinə "Nyukasl"la oyun (4:1) səbəb olub. Kriştiano Ronaldonun dönüşündən sonrakı ilk qarşılaşmanın parlaq alınması Polun qərarına təsir edib.

Qeyd edək ki, Poqbanın hazırkı sözləşməsi gələn ilin yayına qədərdir.