Barselona Fati ilə müqaviləni yeniləyir
Transfer

Barselona Fati ilə müqaviləni yeniləyir

  • 2021-09-12

"Barselona" futbolçusu Ansu Fati ilə müqaviləni yeniləyəcək.

"Mundo Deportivo"nun yaydığı məlumata görə, gənc hücumçu Kataloniya klubunun təklifini qəbul edib. Onunla uzunmüddətli müqavilə imzalanacağı gözlənilir. Fatinin Barselona ilə hazırkı sözləşməsi mövsümün sonuna qədərdir.

Qeyd edək ki, İsapaniya millisinin də üzvü olan 18 yaşlı futbolçu Barselonanın yetirməsidir. O, 2019-cu ildən klubun əsas komandasında oynayır.