Artetanın əvəzinə 2 namizəd
Transfer

Artetanın əvəzinə 2 namizəd

  • 2021-09-11

Mikel Arteta ilə yolları ayırmaq istəyən "Arsenal" baş məşqçisi vəzifəsinə yeni namizədlər tapıb.

"Qol.az" saytına istinadən, London təmsilçisi iki mütəxəssislə yaxından maraqlanır. Artetanın əvəzinə Qrem Potter və Tomas Frank əsas namizəd hesab edilir.

Potter hazırda "Brayton"a, Frank isə "Brentford"a rəhbərlik edir.

Qeyd edək ki, Premyer Liqanın ilk üç turunda uduzan "Arsenal" sonuncu pillədə qərarlaşıb.